Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ƏƏSM nazirliyinin yeni portalı olacaq


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni portalı hazırlanır. Bu barədə nazirliyin Aparat rəhbərinin müavini Elnur Kələntərli məlumat verərək bildirdi ki, «İnformasiya əldə etmək haqqında” qanunu əldə rəhbər tutan nazirlik veb-səhifənin üzərində iş aparır. «Nəzərinizə çatdırım ki, nazirliyin böyük internet şəbəkəsi mövcuddur. Nazirliyin digər qurumları da bu şəbəkəyə qoşulub. Biz saytımızı avtomatlaşdırılmış sistem üzərində yaradırıq.
Sayt hazır olandan sonra veb-səhifəyə daxil olan hər bir istifadəçi avtomatik yenilənmənin şahidi olacaq. Yəni əgər gün ərzində hansısa bir rayonumuzda və ya hansısa bir ailəyə ünvanlı sosial yardım edilibsə, saytda yerləşdiriləcək ümumi rəqəmdə öz əksini tapacaq. Hesab edirəm ki, bu, təkcə internet saytı yox, geniş portal olacaq» - deyə o, fikirlərinə əlavə edib.




22/06/11    Çap et