Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp”da koronavirusa görə yeni funksiya istifadəyə verilib


“WhatsApp” messencerində qrup şəklində audio və videozənglərdə iştirak edən istifadəçilərin həddi iki dəfə artırıldıqdan sonra videozəng vasitəsilə ünsiyyətdə səkkiz nəfər iştirak edə biləcək. Bu barədə şirkətin bloqunda deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “RIA Novosti” resursuna istinadən yazır ki, əvvəllər bu funksiyadan yalnız test versiyalarında yararlanmaq mümkün olub. Onun aktivləşdirilməsi üçün mobil əlavəni yeniləmək tələb olunur.

 

Məlumata görə, iştirakçıların əlavə edilməsi prosesi əvvəlki kimi olaraq qalıb: yeni qrup zənginin yaradılması düyməsinin üzərinə basmaq, formatı (audio və ya video) seçmək və lazımi istifadəçiləri əlavə etmək lazımdır.

 

Tərtibatçıların sözlərinə görə, qrup şəklində ünsiyyətin genişləndirilməsi koronavirus epidemiyası ilə əlaqədardır.

 

Bildirilir ki, pandemiya səbəbindən insanların çoxu dostlar və ailədən uzaq düşüb. Buna görə də bütün dünyada insanlar “WhatsApp”da səsli və videoünsiyyətdən daha çox istifadə etməyə başlayıblar.

 

Nizam Nuriyev






29/04/20    Çap et