Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

1 milyard “iPhone” smartfonu təhlükə altındadır


“Apple” şirkəti indiyədək köhnə “iPhone” smartfonlarında aşkar edilmiş boşluğu aradan qaldıran yeniləməni çıxarmayıb. Bu haqda problemi aşkar etmiş “ZecOps” təhlükəsizlik agentliyinə istinadən “Forbes” nəşri yazıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, “ZecOps” agentliyinin nümayəndələrinin sözlərinə görə, “Apple” problemin vacibliyini nəzərə almır və təhlükəsizlik yeniləməsini çıxarmağa tələsmir. İT nəhənginin nümayəndəsi deyib ki, yeniləmə “iOS 13.5” versiyasında əlçatan olacaq və boşluğu tapmış agentlik mükafatlandırılacaq.
 
Təhlükəsizlik sahəsi üzrə mütəxəssislər “iOS” sistemindən istifadənin qlobal statistikasına əsaslanaraq bildiriblər ki, 900 milyon “iPhone” smartfonu təhlükə altındadır. Agentliyin tövsiyəsində deyilir ki, təhlükədən uzaq olmağın ən optimal variantı “iPhone”dan poçt kliyentini deaktivasiya etmək və ya silməkdir. “ZecOps” agentliyi qurğu sahiblərinə müvəqqəti olaraq kənar tərtibatçıların poçt proqramlarına keçməyi məsləhət görüb.
 
 
Emil Hüseynov




16/05/20    Çap et