Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İBM” korporasiyası “Curam Software” şirkətini satın alıb


“İBM” korporasiyası dövlət sektoru üçün proqram təminatı hazırlayan “Curam Software” şirkətini satın alma sazişini elan edib. “Curam” şirkətini satın alma  sazişi bu ilin dekabr ayının sonuna kimi bağlanmalıdır. Sazişin şərtləri və qiymət açıqlanmır.

 

“Curam” şirkəti Dublində yerləşir və şirkətdə təxminən 700 işçi çalışır. Onun məhsulları dövlət sektorunun təxminən 80 istiqamətində istifadə olunur. “Curam” məhsullarının təsvirində bildirilir ki, onun həlləri dövlət sektoruna müasir texnologiyaları daha geniş tətbiq etməyə və işin effektliliyini yüksəltməyə imkan yaradır.

 

“İBM” korporasiyası saziş bağlandıqdan sonra “Curam Software” şirkətini “İBM Software Group” bölməsinin strukturuna daxil etməyi planlaşdırır.






06/12/11    Çap et