Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakının “Rabitə” komandasının “Top Volley İnternational” turnirindəki sonuncu rəqibi müəyyənləşmişdir


Dekabrın 27-29-da İsveçrənin Bazel şəhərində qadın voleybolçular arasında beynəlxalq turnirdə iştirak edəcək klublararası dünya çempionatının qalibi Bakının “Rabitə” komandasının sonuncu rəqibi müəyyənləşmişdir.

 “Top Volley İnternational” turnirində iştirak edəcək altıncı komanda ötən il Çempionlar Liqası yarışlarının qrup mərhələsində “Rabitə”yə uduzan Rumıniyanın “Dinamo-Romprest” komandasıdır.

1989-cu ildən dünyanın güclü klubların iştirak etdiyi və “Kiçik dünya çempionatı” adlandırılan yarışda “Volero” (İsveçrə), “Unilever” (Braziliya), “Kann” (Fransa), “Severstal” (Rusiya), “Rabitə” (Azərbaycan) və “Dinamo-Romprest”in (Rumıniya) mübarizə aparacaqdır.





07/12/11    Çap et