Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Müsəlmanlar üçün telefon hazırlanıb


“Enmac” şirkəti dindar müsəlmanlar üçün nəzərdə tutulmuş “Enmac MQ710” telefonunu hazırlayıb,- “The Daily Telegraph” xəbər verib.Qurğunun yaddaşına Quranın ərəb dilində mətni və onun 29 dildə  tərcüməsi yüklənib.

Bundan əlavə, “Enmac MQ710” telefonunda bir sıra əlavə proqramlar qurulub. İstehsalçılar hesab edir ki, bu proqramlar müsəlmanlar üçün faydalı olacaqdır. “Qibla Compass” proqramı Məkkənin hansı tərəfdə olduğunu göstərir.

“Zakat Calculator” proqramı zəkatın dəyərini hesablayır. “Hajj Guide” proqramı həcc ilə bağlı qaydaları başa salır.

İstehsalçının saytında, həmçinin qeyd edilib ki, namaz qılınan zaman  telefon avtomatik olaraq səssiz rejimə keçir.Aparat 240x320 piksel kəskinlikli 2,8 düymlü sensor ekranla təchiz edilib və 2 ədəd SİM-kartla işləyə bilər. “Enmac MQ710” telefonunun qiyməti təxminən 160 dollar təşkil edir.





07/12/11    Çap et