Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İntel” və “Micron Technology” şirkətləri 20 nanometr texnologiya əsasında hazırlanan fləş yaddaş istehsal edəcəklər


“İntel” və “Micron Technology” şirkətləri bildiriblər ki, onların “NAND” formatlı fləş yaddaş çipləri istehsal edən ortaq müəssisəsi 128 qiqabayt tutumunda yaddaş çipləri yaratmağa imkan verən yeni texnologiya normalarından istifadə etməyə başlayıb. Bu çiplərin ölçüləri kiçikdir, onlar barmağın ucunda yerləşə bilərlər.

İki şirkətin ortaq müəssisəsi olan “İM Flash Technologies” bu gün dünyada ilk 20 nanometr texnologiya əsasında hazırlanan çip istehsalı haqqında bildirib. 20 nanometr texnologiya əsasında hazırlanan çiplər ən yüksək tutuma malikdirlər. Yenilik planşet, smartfon və müxtəlif portativ elektron qurğularda istifadə üçün nəzərdə tutulub.

“İM Flash Technologies” şirkəti indiyə kimi 25 nanometr litoqrafiya prosesindən istifadə edirdi. Hal-hazırda bu çiplər bir çox SSD-daşıyıcılarda tətbiq edilir. 20 nanometr texnoloji proseslə hazırlanan çiplərin tədarükləri 2012-ci ilin ortalarında başlanacaq.





07/12/11    Çap et