Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Opera”nın yeni interfeysi təqdim edilib


Norveç səyyahı “Opera”nın yaradıcıları proqramın yeni test quraşdırılmasını təqdim ediblər. Əsas yenilik “Featherweight” kod adını almış təkmilləşdirilmiş interfeys olub. Yeni interfeysin digər əsas xüsusiyyətləri aşağıdakılardır:

1. Alətlər paneli üçün yeni nişan dəstləri;

2. Fon və sərhədlər üçün daha parlaq rənglər;

3. Yenilənmiş status sətri (həm dizayn, həm də informativlik üzrə);

4. Ünvan sətrində düymə sərhədlərinin yoxluğu;

5. “Home” və “Fast Forward” düymələri interfeysdə susmaya görə yoxdur;

6. “OS X” üçün yeni pəncərə qradiyenti

Yaradıcılar həyata keçirilmiş dəyişikliklərin “Featherweight” layihəsinin hələ yalnız ilk addım olduğunu bildiriblər.




23/06/11    Çap et