Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“RİM” şirkətinə yeni əməliyyat sistemini “BBX” adlandırmağı qadağan ediblər


Albukerke şəhərində (ABŞ) yerləşən Federal məhkəmə “RİM” şirkətinin yeni əməliyyat sisteminin “BBX” adlandırılması ilə bağlı müvəqqəti qadağa çıxarıb. Nəticədə kanadalılar platformanı “BlackBerry 10” adlandırıblar. Amerikanın kiçik “Basis”  şirkəti korporasiyaya qarşı işi udmağı bacarıb.

Məhkəmə qərara alıb ki, “RİM” şirkəti daha əvvəl qeydiyyat olmuş marka ilə identik olan ticarət markasından istifadə edir. Baxmayaraq ki, “RİM” və “Basis” şirkətləri birbaşa rəqib deyil, onlar hər ikisi şəxsi proqram məhsulları üçün “BBX” adından istifadə edirlər. Hakim qərara gəlib ki, bu, iki şirkətin müştərilərini çaşbaş sala bilər.
 





07/12/11    Çap et