Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Təxminən 20 TB tutumunda olan sərt diskin satışına başlanılıb


Avropada təxminən 20 TB tutumunda sərt diskin satışına başlanılıb. Sözügedən qurğunu “Western Digital” şirkəti istehsal edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, rəsmən “WD181KRYZ” adlandırılmış model 18 TB-lıq yaddaşa malikdir. Bu halda istehsalçı şirkət qoşulma üçün konnektor kimi “SATA 6 Qbit/s” interfeysini seçib. Qurğunun qiyməti 650 avro məbləğində qiymətləndirilib.

 

Qeyd etmək lazımdır ki, “Western Digital” şirkətinin 16 TB-lıq oxşar sərt diskinin qiyməti 582 avroya bərabər idi.

 

Emil Hüseynov






24/06/20    Çap et