Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sony” şirkətinin adı dəyişib


“Sony” səhmdarlarının ötən həftənin cümə günündə keçirilən illik iclasında şirkətin adının “Sony Group” ilə əvəzlənməsi təklifi təsdiqlənib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, bu, 60 illik tarixə malik şirkət üçün ilk ad dəyişikliyidir. Qərar “Sony Group”u daha geniş təqdim etmək məqsədilə qəbul olunub.

 

Şirkətin əsas fəaliyyət istiqaməti elektron məhsullarının hazırlanmasıdır. Rebrendinq Yaponiya istehsalçısının maliyyə xidmətləri və digər biznes sahələrində səylərini artıracağından xəbər verir. Məqsəd bu istiqamətləri elektronika ilə eyni sıraya daxil etməkdən ibarətdir.

 

Qeyd edək ki, “Sony” əvvəlcə “Tokyo Telecommunications Industry Co., Ltd” adlanıb, lakin 1958-ci ildən hazırkı adını daşımağa başlayıb. Ad dəyişikliyi 2021-ci ilin aprelində qüvvəyə minəcək.

 

“Sony” şirkəti 1946-cı ildə yaradılıb.

 

Nizam Nuriyev






03/07/20    Çap et