Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft Office” üçün yeni dizayn təqdim edilib


“Microsoft” korporasiyası “Office” proqramlar paketi üçün yenilənmiş dizaynını təqdim edib. Bu, 2007-ci ildən bəri ilk qlobal dizayn dəyişikliyidir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, yeniləmə kompüter və smartfonlardakı proqramları əhatə edəcək. Şirkətin nümayəndəsinin sözlərinə görə, yeni konsepsiya “Fluent Design” adlanır. Yeni dizayna əsasən, proqramlar yarımşəffaf fona malikdirlər, bütün qrafik elementlər sakit rənglə işlənib ki, bu da istifadəçini işdən yayındırmır.

 

İndi “Word”, “Excel” və başqa proqramları bir-birindən, həmçinin proqram ikonkasına görə fərqləndirmək mümkün olacaq. Tənzimləmələrə sürətli giriş üçün ofis paketinin bütün proqramlarına axtarış sətri quraşdırılıb.

 

Yeni dizayn “Windows” və “macOS” sistemlərinin idarəetməsi altında işləyən bütün kompüterlərdə, həmçinin “iOS” və “Android” sistemləri ilə işləyən smartfon və planşetlərdə eyni cür görünəcək.

 

Emil Hüseynov






22/07/20    Çap et