Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia N9” (VİDEO)


Dünən təqdim edilmiş “Nokia N9” “MeeGo”-smartfonunda Android əməliyyat sistemi üçün yazılmış proqramları icra etmək mümkün olacaq. Bu barədə “Alien Dalvik” platformasını hazırlamış “Myriad” şirkətinin nümayəndəsi bildirib. Bu ilin əvvəlində həmin platformanın köməkliyi ilə Android proqramını N900 smartfonunda tətbiq edirdilər.






“Myriad Alien Dalvik” platformasını “Nokia N9” və “N950” üçün uyğunlaşdırdığını bildirib. Platformanın kommersiya versiyasının bu il çıxacağı gözlənilir.
İstehsalçıların sözlərinə görə, “MeeGo”ya daxil edilmiş proqramlar Android smartfonlarda qurulmuş proqramlardan sürət üzrə geri qalmırlar. Bu gün şəbəkədə, həmçinin “N950” smartfonunun istehsalçıları üçün nəzərdə tutulmuş keyfiyyətli video çıxıb. Bu, bəzi istifadəçilərin “N9”dan daha çox xoşuna gəlib.







23/06/11    Çap et