Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Unpacked 2020” tədbirində nümayiş etdiriləcək “Samsung” qurğuları açıqlanıb


"Samsung" şirkəti "Galaxy Unpacked 2020" təqdimatı ərəfəsində qarşıdakı tədbirə həsr edilən rəsmi videoçarx dərc edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, qısa videoçarxa görə, konfrans zamanı tərtibatçı və dizaynerlərlə müsahibələr nümayiş etdiriləcək, şirkətin "daxili mətbəx"inin xüsusiyyətləri və istehsalçının yeni qurğuların yaradılmasında nəzərə aldığı müxtəlif nüanslar açıqlanacaq. Bundan başqa, kadrlarda tədbir zamanı nümayiş olunacaq qurğuların təsvirləri görünür.

 

Videoya görə, tədbirin proqramına "Galaxy Note 20", "Note 20 Ultra" və "Galaxy Z Fold 2" smartfonları, "Galaxy Tab S7" və "S7 plus" planşetləri, "Galaxy Buds Live" simsiz qulaqcığı, eləcə də "Galaxy Watch 3" "ağıllı" saatı daxil olacaq. Bir müddət əvvəl "Samsung" mobil bölməsinin prezidenti Ro The Mun da brendin beş yeni qurğusu ilə bağlı informasiyanı təsdiq edib.

 

"Galaxy Unpacked 2020" təqdimatı avqustun 5-də keçiriləcək.

 

Nizam Nuriyev

 

 






28/07/20    Çap et