Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ən məhsuldar smartfonlar bəlli olub


“Oppo” şirkətinin aparatları 2020-ci ilin iyulunda ən məhsuldar “Android” smartfonları reytinqində lider olublar. Müvafiq reytinq “AnTuTu” məhsuldarlıq testinin saytında dərc edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, xidmətin məlumatına görə, ən güclü telefon 12 QB əməli yaddaş və 256 QB daxili yaddaşa malik “Oppo Find X2 Pro” olub. Bu aparat 613 min bal toplayıb. İkinci yeri 8 QB əməli yaddaş və 606 min bal toplamış “Find X2” aparatı tutub. 12 QB əməli yaddaş və 512 QB daxili yaddaşa malik “Xiaomi Redmi K30 Pro” smartfonu üçüncü yerdə qərarlaşıb.

 

Məlumata görə, reytinqdə yer almış 10 aparatın hər biri “Qualcomm Snapdragon 865” prosessoru ilə təchiz edilib.

 

Emil Hüseynov






06/08/20    Çap et