Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp” messencerində təkmilləşdirilmiş axtarış sistemi əlçatan olacaq


"WhatsApp" messencerinin "Android" əməliyyat sistemi üçün sınaq versiyasının istifadəçiləri qeyd ediblər ki, proqramda yalnız mətn mesajları arasında deyil, həm də fayl bərkitmələri üçün axtarış sistemi əlçatan olub. Məsələn, yalnız şəkil, video, istinadlar, gif formatlı təsvirlər, səsli mesajlar və ya sənədlər axtarmaq olar. Bu haqda "WABetainfo" nəşri yazıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hi-tech.mail.ru" saytına istinadən yazır ki, beləliklə, çoxsaylı yazışmalar arasında lazımi şəkil və ya sənədi tapmaq mümkün olacaq.

 

"Android"in idarəetməsi altında işləyən smartfonların sahibləri APK fayl vasitəsilə "WhatsApp"ın beta-versiyasını quraşdırmaqla bu funksiyanı sınaqdan keçirə bilərlər.

 

Emil Hüseynov






07/08/20    Çap et