Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Xiaomi”nin smartfonlarında ən yeni “5G” mesajlar dəstəyi əlçatan olub


“Xiaomi” şirkətinin smartfonlarında ənənəvi SMS mesajları nəzərəçarpacaq dərəcədə sıxışdıra biləcək texnologiya reallaşdırılıb. Söhbət ən yeni “5G” mesajlar texnologiyasından gedir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, hazırda bütün qurğuların belə mesaj göndərmək və qəbul etmək üçün istifadə edilə bilməyəcəyini başa düşmək vacibdir. Bu halda yeni texnologiya yalnız beşinci nəsil mobil rabitə texnologiyasını dəstəkləyən cihazlarda deyil, həm də daha geniş yayılmış “4G” smartfonlarında işləyir.
 
Xatırladaq ki, “5G” mesajların xüsusiyyətləri arasında aşağıdakı imkanlar mövcuddur: göndərilən mətnin həcmi artırılıb, mətn, şəkil, audio, video, smaylik və kontaktlar daxil olmaqla bir neçə multimedia formatının dəstəklənməsi. Həmçinin onlayn və oflayn mesajlar, mesajların statusu haqqında hesabat və tarixçənin idarə edilməsi kimi imkanlar əlçatandır.
 
Emil Hüseynov




20/08/20    Çap et