Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

America şirkəti Azərbaycanın informasiya təhlükəsizliyi sistemləri bazarının 30% artmasını gözləyir


Cümə axşamı Amerikanın Lumension şirkətinin Şərqi Avropa və Skandinaviya üzrə direktoru, Tomas Vendrix, bildirib ki, şirkət 2012-ci ildə Azərbaycanın informasiya təhlükəsizliyi sistemləri bazarının 30% artmasını gözləyir.

“Bizim şirkətimizin Azərbaycan bazarı üzrə artımı 2010-cu ildə 200% təşkil edəcək. Cari ildə isə biz yalnız stabilliyi qoruya bildik. Proqnoza əsasən 2012-ci ildə bizim şirkətimizin artımı 25-30% təşkil etməlidir”, Vendrix bildirdi.

Ekspertin fikrincə Azərbaycan bazarı çox maraqlıdır, və qabağa irəliləmək üçün şirkətlərlə sıx əlaqələr yaratmaq lazımdır. Lumension şirkəti Azərbaycan bazarında artıq beş ildir ki fəaliyyət göstərir. Şirkət dövlət sektoru ilə əməkdaşlıq edir.

Lumension şirkətinin ən böyük sifarişçilərindən biri Azərbaycan Beynəlxalq Bankıdır (ABB). “İnformasiya təklüləsizliyi sistemlərinin təzələnməsi vaxtında keçirilməsə onlar tez köhnəlirlər. İri şirkətlərdə avtomatik təzələnməni və patcların yüklənməsini təmin edən sistemlərin mövcudluğu çox vacibdir.

“Lumension Device Control” sistemi Lumension şirkətinin ABB-da istifadə olunan həllərindən biridir. Bu sistem bütün qırış-çıxış qurğuların bütün portlar (USB, Firewire, WIFI, Bluetooth, və sair) vasitəsilə nəzarət və idarəsini təmin edir.

Sistem, həmçinin, məlumat itkisi və çıxarılan daşıyıcılardan zərərli proqram təminatların keçməsi kimi təhlükələrin qarşısını alır.




09/12/11    Çap et