Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazirlər Kabineti elektron xidmət növlərinin siyahısında dəyişiklik edib


Nazirlər Kabineti elektron xidmət növlərinin siyahısında dəyişiklik edib.Nazirlər Kabinetdən verilən məlumata görə, 24 noyabr tarixli qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - "Elektron xidmət növlərinin Siyahısı"nın 31.2-ci bəndi ləğv edilib.

Qeyd edək ki, həmin bənddə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrə və torpağa mülkiyyət hüququna dair dövlət aktlarına dublikatların verilməsi ilə bağlı elektron xidmətin göstərilməsi nəzərdə tutulurdu.





10/12/11    Çap et