Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“HP” şirkəti 2013-cü ildə “webOS” əsasında yeni planşet istehsal edə bilər


“HP” şirkətinin icraçı direktoru Meq Uitman bildirib ki, “HP” gələcəkdə  “webOS” mobil əməliyyat sistemi əsasında öz planşetlərinin istehsalını planlaşdırır.Bu barədə xanım Uitman “TechCrunch”-a verdiyi  müsahibəsi zamanı bildirib.

Xanım Uitmanın sözlərinə əsasən,  “HP” şirkəti növbəti il “webOS” əsasında planşetlər istehsal etməyəcək, lakin 2013-cü ildə bu istiqamətdə işlərə başlanıla bilər. O, həmçinin qeyd edib ki, “HP” şirkəti 2012-ci ildə “Windows 8” əməliyyat sistemi əsasında planşet istehsalını planlaşdırır.





12/12/11    Çap et