Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook Messenger”də mesajların göndərilməsinə məhdudiyyət qoyulub


“Facebook” şirkəti öz platformalarında yalan məlumatların yayılması ilə mübarizə aparmağa davam edir. Bu dəfə “Facebook Messenger” messencerində mesajların kütləvi göndərilməsinə qarşı məhdudiyyət tətbiq edilməsi elan edilib. İndi xidmət eyni anda ən çox 5 istifadəçi və ya qrupa mesaj göndərilməsini həyata keçirməyə imkan verir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “3dnews.ru” saytına istinadən yazır ki, şirkətin nümayəndələri mesajların eyni anda göndərilməsinə tətbiq edilmiş məhdudiyyətin yalan məlumat vermə və zərərverici məzmunun yayılması ilə mübarizədə səmərəli vasitə olduğunu hesab edirlər. Xatırladaq ki, iyulda eyni məhdudiyyət “WhatsApp” messencerinə də tətbiq edilmişdi.
 
Emil Hüseynov





05/09/20    Çap et