Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” şirkəti mobil telefon satışları üzrə rekord qırıb


“Samsung” şirkəti mobil telefonların illik satışları üzrə rekord qırıb. Belə ki, noyabr ayının sonuna mağazalara 300 milyondan çox mobil telefon göndərilib.

Müqayisə üçün, 2010-cu ildə Koreya şirkəti 280 milyon mobil telefon satmağı bacarmışdı. “Samsung” şirkətinin bazardakı uğurunu “Galaxy S” və “Galaxy S II” smartfonlarının istehsalı ilə əlaqələndirirlər. “Galaxy S II” smartfonu xüsusilə uğurlu oldu, belə ki, onun satışları 10 milyonu ötüb.

"Renxap" Koreya agentliyi bildirib ki, “Samsung” şirkəti “Nokia”dan sonra il ərzində 300 milyon telefon satmağı bacaran ikinci şirkət olub. 1988-ci ildən bəri (Samsung şirkəti mobil telefon istehsalına başlayıb) isə şirkət ümumilikdə 1,6 milyard telefon satıb.





12/12/11    Çap et