Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada ən çox yüklənən proqram məlum olub


“TikTok” video xidməti 2020-ci ilin avqustunda dünyada ən çox yüklənən proqram olub. Bu haqda “Sensor Tower” şirkətinin hesabatında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “radiosputnik.ria.ru” saytına istinadən yazır ki, məlumatda deyilir ki, Çinin video xidməti həm “Google Play”, həm də “App Store”də birinci yeri tutub. Ötən ay ərzində proqram 63,3 milyon dəfə yüklənilib ki, bu da ötən illə müqayisədə 1,6% çoxdur. Ən çox yükləmə İndoneziya və Braziliyada qeydə alınıb.
 
Yuxarıda adıçəkilən platformalarda digər yerləri müxtəlif proqramlar tutub. Məsələn, “App Store”də ikinci yeri “ZOOM” xidməti, üçüncü yeri isə “YouTube” tutub. “Google Play”də müvafiq yerləri “Snack Video” və “Facebook” tutublar.
 
ABŞ hakimiyyəti “TikTok” proqramını milli təhlükəsizlik üçün təhdid hesab edirlər, belə təxmin edilir ki, proqram amerikalılar haqqında məlumatları Çin hakimiyyətinə ötürə bilər.
 
Emil Hüseynov





10/09/20    Çap et