Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google Play”də proqramları paylaşmaq funksiyası əlçatan olacaq


"Google" şirkəti müntəzəm olaraq öz xidmətlərinin işini təkmilləşdirir. Məlumata görə, tezliklə "Google Play" mağazasında internetə qoşulmadan proqramları paylaşmaq imkanı əlçatan olacaq. Bundan başqa, xidmətin interfeysinin strukturunda bəzi yeniliklər edilib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, mağazanın tətbiqinin yenilənməsindən sonra istifadəçilər "Google Play"dən yüklənmiş proqramları kənar xidmətlərdən istifadə etmədən P2P protokolu üzrə digər "Android" qurğulara göndərə biləcəklər. Bu xüsusiyyət cari anda sürətli internetə qoşulma olmadıqda faydalı ola bilər.
 
Paylaşılması planlaşdırılan mobil tətbiqin seçimindən sonra "Google Play" qoşulmaq üçün yaxınlıqdakı qurğuların siyahısını göstərəcək. Bu halda qoşulma "Bluetooth" və ya "NFC", məlumatların ötürülməsi isə Wi-Fi üzrə həyata keçirilir.
 
Emil Hüseynov




11/09/20    Çap et