Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-da dərmanlar dronların köməyilə çatdırılacaq


ABŞ-ın Bentonvill şəhəri sürücüsüz uçuş vasitələrinin köməyilə sağlamlıq üçün dərman və malların çatdırılmasına görə pilot meydançasına çevriləcək. Bu, “Walmart” və “Zipline” şirkətlərinin birgə layihəsidir. Bu haqda şirkətlərin bəyanatına istinadən “The Verge” nəşri məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, Bentonvill şəhəri layihə üçün təsadüfi seçim deyil. “Walmart” ticarət şəbəkəsinin qərargahı orada yerləşir. ABŞ-ın “Zipline” şirkətinin dronları Afrikada xəstəxanalara dondurulmuş plazma çatdırır. Ancaq sözügedən şirkətin fəaliyyəti ABŞ ərazisində qanunlarla məhdudlaşdırılıb. 2020-ci ildə Federal Mülki Aviasiya İdarəsi koronavirus pandemiyası səbəbindən məhdudiyyətləri bir qədər yumşaldıb.

 

Xüsusi dronlar sifariş verildikdən sonra 1 saatdan az müddətə dərman vasitəsini çatdıracaqlar.

 

“Zipline” şirkətinin nümayəndələri bu layihənin ABŞ-da sürücüsüz idarə olunan təyyarələrin kommersiyalaşdırılması istiqamətində vacib bir addım olacağını hesab edirlər.

 

Emil Hüseynov






14/09/20    Çap et