Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple Watch Series 6” saatı nümayiş edilib


“Apple” şirkəti qanda oksigenin miqdarını və dəniz səviyyəsindən hündürlüyü ölçən yenilənmiş “Apple Watch Series 6” “ağıllı” saatını təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, təqdimat zamanı şirkətin idarəedici direktoru Ceff Uilyams bildirib ki, yeni saatda mütərəqqi texnologiyalardan, məsələn, yuxu vaxtını izləməyə, əl hərəkətlərinə avtomatik reaksiya verməyə, əllərin yuyulmasında tövsiyə olunan 20 saniyəni izləməyə, eləcə də ürək döyüntüsünün sayını ölçməyə imkan verən hərəkət sensorlarından istifadə olunub.

 

Direktorun sözlərinə görə, “Apple Watch Series 6” saatına qanda oksigenin miqdarını 15 saniyəyə ölçməyə imkan verən sensor, eləcə də dəniz səviyyəsindən hündürlüyü göstərən altimetr quraşdırılıb.

 

Yeni saat mavi, qızılı, boz-qara və qırmızı rənglərdə təklif olunacaq. Qurğu üçün ilk dəfə kilidi olmayan bütöv “Solo Loop” qayışı hazırlanıb. Qayışlar hamar və nahamar səthli olmaqla yeddi rəngdə buraxılacaq.

 

“Apple Watch Series 6” saatının qiyməti 399 dollar, ucuz “Apple Watch Series 6 SE” versiyasının isə 279 dollar təşkil edəcək.

 

Nizam Nuriyev






16/09/20    Çap et