Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ Ticarət Nazirliyi sentyabrın 20-dən “WeChat” və “TikTok”u qadağan edəcək


ABŞ Ticarət Nazirliyi sentyabrın 20-dən etibarən ölkə ərazisində Çinin “WeChat” və “TikTok” proqramlarını yaymağı qadağan edib. Bu haqda nazirlikdəki öz mənbələrinə istinadən “Reuters” agentliyi məlumat yayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, məlumata görə, həmçinin “WeChat” mobil tətbiqi daxilində ödənişlər qadağan edilib.
 
Sentyabrın 20-dən etibarən ABŞ-da “WeChat” proqramının işini təmin edə biləcək məzmun çatdırma şəbəkəsinə (CDN) qadağa qoyulacaq. “TikTok” üçün müvafiq qadağa noyabrın 12-dən tətbiq ediləcək.
 
Bu halda qadağa ölkə xaricində “WeChat”dan istifadə edən ABŞ şirkətlərinə aid deyil.
 
Mənbə bildirib ki, artıq “WeChat” və “TikTok”u öz qurğularına quraşdırmış ABŞ sakinləri onlardan istifadə edə biləcəklər, ancaq yeniləmələrin olmaması səbəbindən həmin tətbiqlərin işləmə sabitliyi zamanla pisləşəcək.
 
Emil Hüseynov





19/09/20    Çap et