Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Whats App” tərtibatçıları şəkillərin avtomatik silinməsi funksiyası üzərində işləyirlər


Populyar "WhatsApp" messencerinin yaradıcıları "Expiring Media" adlı yeni funksiyanın tətbiqi üzərində işləyirlər. Proqramın beta-versiyası artıq "Android" platformasında əlçatandır.
 
"ICTnews" Elektron Xəbər Xidməti "planet-today.ru" saytına istinadən yazır ki, messencerin əsas vəzifəsi ani mətn mesajları, həmçinin media faylların göndərilməsidir. Hazırda göndərilmiş mediakontent həmsöhbətin qurğusunda qeyri-məhdud müddətə saxlanılır. "Expiring Media" funksiyası avtomatik silinmə xüsusiyyətinə malik foto və video göndərmək imkanı əlavə edir, yəni həmsöhbət çatı tərk edən kimi mesaj avtomatik silinəcək.
 
Emil Hüseynov





25/09/20    Çap et