Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Macarıstan poçtu müstəqilliyimizin 20-ci ildönümünə həsr edilmiş


Ölkəmizin Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Macarıstan poçtu Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş xatirə poçt markası və poçt kuponları buraxıb.
Poçt markasında dövlət rəmzlərimizdən – gerb və bayraqdan, eləcə də milli naxışlardan istifadə edilib.

Markanın üzərində Azərbaycan və macar dillərində “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü” sözləri yazılıb. Poçt kuponlarında isə Azərbaycan bayrağının və dövlət gerbinin fonunda Budapeştin diqqətəlayiq tarixi abidələrinin təsviri verilib.

Xatirə poçt markası və kuponlar Macarıstan poçtunun kataloquna daxil edilib. Onların filatelistlər arasında yayılması nəzərdə tutulub.





13/12/11    Çap et