Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu ölkə dünyada “5G”-nin yayılmasına görə liderdir


Dünya hələ ki “5G” rabitə şəbəkələrinin quraşdırılmasının başlanğıc mərhələsindədir və yalnız bəzi ölkələrdə istismara hazır belə şəbəkələr var. Əlbəttə, hələ ki “5G” texnologiyasından istifadə etməklə uzaq məsafədən əməliyyatlar keçirmək imkanı mövcud deyil, amma artıq ölkələr yeni nəsil şəbəkələrinin quraşdırılması ilə aktiv məşğul olurlar.
 
“ICTnews” Elektron Xəbər Xidməti “3dnews.ru” saytına istinadən yazır ki, “Omdia” analitik və konsaltinq firmasının məlumatlarına əsasən, Cənubi Koreya “5G” texnologiyalarının inkişafı üzrə liderdir, Küveyti geridə qoymuş İsveçrə isə ikinci yeri tutur.
 
Birləşmiş Krallıq Avropada ikinci yeri tutur və “Omdia” şirkətinin nümayəndələrinin dediyi kimi, Böyük Britaniya hökuməti ümummilli qiqabitlik əhatə dairəsinin qurulmasına böyük investisiyalar yatırır. Ölkə hakimiyyəti rəqəmli qoşulma üçün 1,1 milyard funt-sterlinq ayıracağına söz verib. Avropa Birliyinin üzvləri arasında, həmçinin Almaniya və Finlandiya bu istiqamətdə irəliləyişə nail olublar.
 
Emil Hüseynov





03/10/20    Çap et