Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “Windows 10X” sisteminin təqdimetmə tarixi bəlli olub


“Microsoft” korporasiyası gələn il “Windows 10” əməliyyat sisteminin yeni versiyasını təqdim etməyi planlaşdırır. Bu barədə etibarlı mənbəyə istinadən “ITHome” yazıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “radiosputnik.ria.ru” saytına istinadən yazır ki, işləmə sürəti zəif olan kompüter və planşetlər üçün nəzərdə tutulmuş “Windows 10X” əməliyyat sistemi masaüstü “Windows 10” sisteminin sadələşdirilmiş və yüngülləşdirilmiş versiyası kimi düşünülüb. 2021-ci ildə təqdim ediləcəyi gözlənilir.

 

Yeni əməliyyat sisteminin tətbiq sahəsi “Microsoft” şirkətinin sistemi ilə işləyən ikiekranlı və elastik noutbuklar və ya planşetlər hesab edilir.

 

“Windows 10X” əməliyyat sisteminin idarəetməsi altında işləyən ilk qurğular artıq 2021-ci ilin ikinci rübündə əlçatan olacaq.

 

Emil Hüseynov






05/10/20    Çap et