Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2021-ci ildə “Windows 10” sistemini hansı yeniliklər gözləyir?


Gələn il “Windows 10” əməliyyat sistemində tapşırıqlar panelində və "başlat" menyusunda videozəng xidmətini işə salacaq “Meet Now” düyməsi əlçatan olacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “radiosputnik.ria.ru” saytına istinadən yazır ki, ilk vaxtlar sözügedən düymənin yalnız “Skype” ilə və ya brauzer üzərindən işləyəcəyi məlumdur.

 

Yeni düymə 2021-ci ildə “Microsoft”un əməliyyat sistemində istifadəyə veriləcək yeniliklərdən biridir.

 

Bundan başqa, əməliyyat sistemi daxili proqramlar üçün ekran qoruyucu şəkillər dəstəyi əldə edib. Hazırda başlanğıc ayar kimi onlar göy rəngdədir.

 

“Windows” sistemi, həmçinin istifadəçini sərt disk və ya SSD-nin işindəki nasazlıqlar haqqında xəbərdar edəcək və daşıyıcının ehtiyat surətini çıxartmağı təklif edəcək.

 

Emil Hüseynov






26/10/20    Çap et