Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” tənqidçilərinə hədiyyə kimi “Windows” smartfonları söz verilib


“Windows Phone” mobil əməliyyat sisteminin qızğın tərəfdarı Ben Rudolf “Twitter” vasitəsilə “Android” platformasına qarşı aksiyaya başlayıb.Dərc edilmiş xəbərdə o, “Android” üçün ziyanverici proqram təminatının qurbanı olması haqqında ən yaxşı tvitlər yazan istifadəçilərə hədiyyə kimi “Windows” smartfonları söz verib.

Cəmi 5 mükafat söz verilib.Qeyd edək ki, cənab Rudolfun mesajı nəşr edildikdən 1 saat sonra o, “Microsoft” korporasiyasının “Twitter” lentində də çıxıb.





14/12/11    Çap et