Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Telegram”da qrup şəklində zənglər funksiyası istifadəyə veriləcək


"Telegram" tərtibatçıları çoxdan gözlənilən yeniliklərdən birinin açıq sınaqlarına başlayıblar. Belə ki, messencerdə "Zoom", "Skype" və digər oxşar layihələrlə rəqabətə imkan verəcək qrup şəklində videoəlaqə funksiyası istifadəyə veriləcək. Bu barədə "iGuides" texnologiyalar portalının məlumatında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Belta" resursuna istinadən yazır ki, hazırda qrup şəklində zənglər yalnız "Telegram"ın "Android" əməliyyat sistemi üçün beta versiyasında tətbiq edilib. Onu rəsmi "Telegram" kanalından yükləmək mümkündür.

 

Testlər başa çatdıqdan sonra qrup şəklində zəngləri "iOS", "iPadOS", "Windows", "macOS" və "Linux" daxil olmaqla bütün dəstəklənən platformalarda istifadəyə veriləcək.

 

Qrup şəklində zəngə xüsusi hüquqa malik qrup və ya ünsiyyət inzibatçısı başlaya bilər. İki zəng variantı mövcuddur: bütün iştirakçılar və ya yalnız inzibatçılar danışa bilər.

 

Qrup şəklində zənglər funksiyasını "@tginfochat" qrupunda test etmək olar.

 

Nizam Nuriyev






01/12/20    Çap et