Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android”in yeni funksiyası internet olmadan proqram mübadiləsinə imkan verəcək


“Google” şirkəti bu yay foto, video və bağlantıları digər “Android” qurğu sahibləri ilə paylaşmağa imkan verən “Nearby Sharing” sürətli məlumat mübadiləsi funksiyasının açıq sınaqlarına başlayıb. İndi axtarış nəhəngi faydalı xidmətin funksionallığının genişləndirilməsini elan edib. İstifadəçilər, həmçinin “Google Play” proqramlarını digər cihazlarla paylaşa biləcəklər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Google” şirkəti hələlik yeni funksiyanın işləməsi haqqında heç bir texniki təfərrüat açıqlamır.

 

"Nearby Share funksiyasının yenilənməsi mobil qoşulma və ya Wi-Fi olmadığı halda belə “Google Play” proqramlarını “Android” smartfonunun köməyi ilə yaxınlıqdakı insanlarla paylaşmağa imkan verəcək" – “Google”un saytında deyilir.

 

Emil Hüseynov






04/12/20    Çap et