Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Könüllülər ili”nə həsr olunmuş poçt markası hazırlanıb


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərmarka" MMC tərəfindən "Regional İnkişaf" İctimai Birliyinin təşəbbüsü əsasında 2020-ci il - "Könüllülər ili" ilə əlaqədar hazırlanmış poçt markası artıq dövriyyəyə buraxılıb.
 
Məqsəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə elan edilmiş "Könüllülər ili"nə töhfə verməkdir.
 
Poçt markasının təsvirində aydın səma fonunda əl-ələ tutmuş 3 insan silueti simvolik olaraq insanlar arasındakı birliyi, həmrəyliyi, qarşılıqlı köməyi ifadə edir. İnsan fiqurları arasındakı boşluqlar isə qədim zamanlardan sülh quşu, qayğı, xoş məram simvolu sayılan göyərçin silueti əmələ gətirir.
 
Poçt markası rəssam Vüqar Əyyubovun dizaynı əsasında hazırlanıb və 7 min tirajla çap olunub.

















05/12/20    Çap et