Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Peyklərin buraxılışı üçün dron nümayiş olunub


ABŞ-ın "Aevum" şirkəti kiçik peyklərin aşağı yerətrafı orbitə buraxılışı üçün nəzərdə tutulan pilotsuz uçan aparat nümayiş etdirib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru www.newsru.com" resursuna istinadən yazır ki, "Ravn X" adlı dronun uzunluğu 24,4 metr, qanadlarının uzunluğu 18,3 metr təşkil edir. Maksimal uçuş kütləsi 24,9 tona bərabər aparatda yanacaq qismində "Jet A" aviasiya kerosinindən istifadə edilir.
 
"Ravn X" aparatının ilk uçuşunun ilin sonunadək baş tutacağı gözlənilir. Daha sonra ABŞ Müdafiə Nazirliyinin maraqları üçün orbitə faydalı yük çıxaran aparatın buraxılışı planlaşdırılır.
 
Mütəxəssislərin planına görə, "Ravn X" missiyalar zamanı peyk daşıyan ikipilləli raketlərin buraxılışı üçün 9-18 kilometr yüksəkliyə qalxacaq. Layihə barədə ətraflı məlumat verilməsə də, "Aevum" şirkəti dronun hər üç saatdan bir buraxılacağına ümid edir.
 
Nizam Nuriyev






07/12/20    Çap et