Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” profillərin yeni görünüşünü istifadəyə verib (VİDEO)


“Facebook” keçən həftə Yeni Zellandiyada sosial şəbəkə profillərinin yeni görünüşünü istifadəyə vermişdi. Bu gündən isə “Timeline” sistemindən hamı istifadə edə bilər. Sistem dərc edilmiş materialları avtomatik olaraq xronoloji sırada çeşidlərə ayırırdı, lakin artıq istifadəçi materialların dərc edilməsini istədiyi kimi sazlaya bilər.

7 gün ərzində istifadəçinin “Timeline” sistemi sosial şəbəkənin digər iştirakçıları üçün əks olunmayacaq. “Facebook” administrasiyası hesab edir ki, bu vaxt profili öz istəyinizlə tərtib etmək üçün kifayətdir.

22 dekabrdan başlayaraq isə istifadəçinin “Timeline” sistemi bütün istifadəçilər üçün açıq olacaq. Yalnız “Facebook” profillərinin veb-interfeysi deyil, həm də saytın mobil versiyası, həmçinin “Android” əlavəsi dəyişikliklərə məruz qalıb. “Timeline” sistemini aktiv etmək üçün bura daxil olmaq lazımdır.









16/12/11    Çap et