Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp” kompüter versiyası üçün vacib yeniləmə təqdim edəcək


Populyar “WhatsApp” messencerinin veb və kompüter versiyasında zənglər əlçatan olacaq. Bu barədə “WABetaInfo” portalı məlumat verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, proqramın tərtibatçıları səsli və videozənglərin ötürülməsi funksiyasını aktiv şəkildə sınaqdan keçirirlər. Masaüstü versiyanın bəzi istifadəçiləri artıq proqramın yenilənmiş interfeysindən istifadə etmək imkanına yiyələniblər.
 
Messencer hələ ki smartfonlar üçün eksklüziv  olan funksiyanın  təqdimetmə tarixini açıqlamayıb. Amma insayderlərin məlumatına görə, yeni seçim yaxın həftələr ərzində bütün istifadəçilərə əlçatan olacaq.
 
Emil Hüseynov




18/12/20    Çap et