Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Mozilla” şirkəti “Firefox 4”-dən üz döndərdi?


Məlumata görə, “Mozilla” şirkəti “Firefox 4” səyyahı üçün müxtəlif növ boşluqları aradan qaldıran yeniləmə çıxartmayacaq. Hətta əgər veb-səyyahda kritik səhvlər aşkar edilsə belə, istifadəçilər “Firefox 5” səyyahına keçməli olacaqlar.
Qeyd edək ki, əvvəlki versiyayla müqayisədə “Firefox 5”-də dəyişikliklər azdır. “Firefox 5” səyyahının istifadəyə verilməsi “Firefox 4”-ün çıxışından 3 ay sonra baş tutub. Ehtimal edilir ki, “Firefox”-un istehsalçıları “Google”dən nümunə götürüblər və bundan sonra səyyahın yeni versiyalarını tez-tez, amma az dəyişikliklə istifadəyə verəcəklər.
Qeyd edək ki, “Firefox 5” CSS-animasiya dəstəyini əldə edib, Veb-səyyahda məhsuldarlıq artırılıb, səhvlər düzəldilib, müasir veb-standartların dəstəyi isə təkmilləşdirilib.




24/06/11    Çap et