Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Robotlar üçün yeni qurğu yaradılıb (VİDEO)


Robotlar üçün yeni qurğu yaradılıb. Yaradılmış yeni qurğu istənilən avtomatlaşdırılmış qurğuya bərkidilir və ona yeni bacarıqlar əlavə edir. Bundan əlavə, o, smartfonu məişət texnikasının idarəetmə pultuna çevirə bilər.

“BirdBrain Technologies” şirkətinin hazırlaması faktiki olaraq kontrollerdir və görünüşcə kiçik üçbucaqlı qutunu xatırladır. “Brainlink” adlı cihaz “Windows”, “Mac OS”, “Linux” və ya “Android” əməliyyat sistemləri ilə olan smartfon, noutbuk və digər qurğularla işləyir.

Əlaqə “Bluetooth” kanalı üzrə həyata keçirilir. Təəssüf ki, hərəkət radiusu 10 metr məsafə ilə məhdudlaşdırılır. “Brainlink” qurğusu, hər şeydən əvvəl sadə robotlar üçün nəzərdə tutulub. Qurğunun qiyməti 125 dollardır.










17/12/11    Çap et