Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft”dan planşetlər üçün klaviatura


“Microsoft” korporasiyası kompyuter aksessuarları çeşidinə “Bluetooth Mobile Keyboard 5000” portativ simsiz klaviaturasını da əlavə edib.

Qurğu “Android” qurğuları, “Windows” əməliyyat sistemi ilə işləyən  kompyuterlər və “iOS” əsasında olan qurğulara uyğundur.

“Microsoft”  korporasiyasından bildirilib ki, “Comfort Curve”-nin əyilmiş forması rahat uzunmüddətli işi təmin edir. Kompyuter və ya smartfonla məlumat mübadiləsi “Bluetooth” kanalı üzrə həyata keçirilir; qidalanmanı “3 AAA” standartlı batareya təmin edir.Klaviaturanın ölçüləri 355×167×15,9 mm təşkil edir.





17/12/11    Çap et