Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti “iPhone”nun xüsusi versiyalarını çıxarıb


“iOS” əməliyyat sisteminin idarəetməsi altında işləyən qurğuların təhlükəsizliyi sahəsində aparılan araşdırmalar çərçivəsində artıq quraşdırılmış ceylbreykə malik “iPhone” təqdim edilib. “Apple” şirkəti smartfonların xüsusi versiyası haqqında məlumat verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, müdaxilə edilmiş smartfonlar şirkət tərəfindən məlumatların təhlükəsizliyi sahəsində çalışan mütəxəssislərə göndərilib. Qurğular mağazadan satın alına bilən “iPhone”lara çox oxşar hazırlanıb. Bu cihazlar “iOS” sistemində yeni boşluqları axtarıb tapmağa və onları aradan qaldırmağa kömək etməlidir.
 
“Apple” şirkəti “Security Research Device” qurğularını tərtibatçılara 1 illiyə icarəyə verib. Yeganə şərt odur ki, smartfon tədqiqat laboratoriyasını tərk etməməlidir. ABŞ şirkəti “iOS” sistemində boşluq aşkar edənlərə 1,5 milyon dollar ödəyəcək.
 
Emil Hüseynov





23/12/20    Çap et