Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” korporasiyası “Windows 10” sisteminin yeni versiyasını hazırlayır


“Windows 10” əməliyyat sisteminin yeni versiyası 2021-ci ilin ikinci rübündə təqdim ediləcək. “Microsoft”un əməliyyat sisteminin yeni versiyasında böyük dəyişikliklər gözlənilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, “Windows 10X” versiyasında ən vacib funksiyalardan biri “Modern Standby” rejimi olacaq. Əgər indi kompüterin yuxu rejimindən çıxarılmasına müəyyən vaxt tələb olunursa, o zaman yeni seçim sistemə öz işini dərhal bərpa etməyə imkan verəcək. Bunun üçün enerji düyməsinə sıxmaq və ya qapağı açmaq lazım olacaq.
 
Bundan başqa, fon rejimində proqramların hətta yuxu rejimində işləməsi üçün daimi qoşulma funksiyası əlçatan olacaq. Bu, məsələn, elektron poçt proqramı üçün faydalıdır. Əlbəttə ki bu seçimi deaktiv etmək də mümkün olacaq.
 
Emil Hüseynov





28/12/20    Çap et