Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” korporasiyası şəxsi televiziya platforması yaratmağa çalışır


“The Wall Street Journal” biznes-nəşri bildirib ki, “Apple” şirkəti televiziya istiqamətində irəliləməyə davam edir. Nəşrin məlumatlarına əsasən, “Apple” top-menecmenti keçən həftə televiziya yayımı sahəsində işləyən iri Qərb şirkətlərinin nümayəndələri ilə danışıqlar aparıb.

Məşhur Qərb teleproqramlarına hüquqları əldə etmək cəhdləri ilə yanaşı, “Apple” korporasiyası həm də simsiz yayıma əsaslanan şəxsi teleplatformasını inkişaf etdirir.

Televiziya şirkətlərinin nümayəndələri ilə keçirdiyi görüşlər çərçivəsində “Apple” rəhbərliyi yeni texnologiya haqqında bildirib. Belə ki, yeni texnologiya istifadəçilərin səs və hərəkətlərinə reaksiya verməyə imkan yaradacaq.





19/12/11    Çap et