Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərpoçt” MMC Lerikdə post terminal quraşdırıb


“Azərpoçt” MMC Lerik rayonunun Çayrud kəndində post terminal quraşdırıb. Müəssisədən verilən məlumata görə, bu Lerik Poçt Filalının Çayrud poçt şöbəsindən təqüd alanlara xidmət edəcə  ilk region post terminaldır.

Məlumat üçün bildirək ki, bu terminalın analoqu Bakıda Mərkəzi Poçt şöbəsinin qarşısındadır.  “Azərpoçt” MMC öz müştərilərinə POS terminal və ATM- lər vasitəsilə göstərilən xidmətləri genişləndirmək üçün  1, 2, 3, 4, 5, 6 saylı Poçt filiallarında müəssisəyə  məxsus olan ATM-lər quraşdırılıb.

Qeyd edək ki, regionlarda 30-dək “Azərpoçt” MMC-yə məxsus olan ATM-lərin quraşdırılması nəzərdə tutulub.






19/12/11    Çap et