Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərpoçt” MMC “Master Card” beynəlxalq ödəniş sisteminə qoşuldu


“Azərpoçt” MMC-nin “Master Card” beynəlxalq ödəniş sistemi ilə apardığı danışıqların nəticəsi uğurlu olub. Artq tərəflər arasında müqavilə imzalanıb.

Müəssisədən verilən məlumata görə, “Azərpoçt” MMC yeni ilin birinci rübündə  beynəlxalq ödəniş sisteminin qəbul etdiyi beynəlxalq statuslu yeni plastik kartlar buraxacaq.

Belə ki, bu kartlar “Azərpoçt” MMC-nin müştərilərinə beynəlxalq ödəniş sisteminin imkanlarından maksimum yararlanmasına şərait yaradacaq.

Bank sektorunda ilk addımlarını atan “Azərpoçt” MMC bununla növbəti uğuru imza atmış olacaq.Qeyd edək ki, müəssisə “Visa İnternational” beynəlxalq ödəniş sistemi ilə də danışıqları davam etdirir.





19/12/11    Çap et