Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“RİM” şirkətinin 1,7 milyon dəyərində “BlackBerry PlayBook” planşetləri oğurlanıb


Bir çox analitiklər “RİM” şirkətinin “BlackBerry PlayBook” planşetinə tələbatın aşağı olduğunu bildirirlər. Lakin, görünür, Kanada planşetləri kiməsə lazımdır. “PlayBook” planşetlərinin böyük partiyasının daşınması zamanı naməlum şəxslər planşet ilə dolu yük maşınını oğurlayıblar,- “PhoneArena” bildirib.

Sürücünün sözlərinə əsasən, o, Ontario əyalətində yerləşən “Pleynfild”  şəhərciyinə gedirdi. O, yolüstü yemək və duş qəbul etmək üçün yol yaxınlığındakı mehmanxanada dayanıb.

Sürücü qayıtdıqda isə artıq yük maşını yox idi. Oğurlanmış planşetlərin ümumi qiyməti 1,7 milyon dollar dəyərində  qiymətləndirilir.

Avtomobildə marşrutu izləyən avadanlıq qurulmadığından polislərə  oğurlanmış qurğuları tapmaq çətin olacaq.





20/12/11    Çap et