Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada ən çox yüklənən proqramlar məlum olub


Ötən ilin əvvəlində “TikTok” mobil proqramı dünyada ən çox yüklənilən proqram adına layiq görülərək “WhatsApp”ı geridə qoymuşdu. 2020-ci ildə populyar sosial şəbəkə birinciliyi özündə saxlayırdı, amma 2021-ci əvvəlindən vəziyyət dəyişib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Sensor Tower” tədqiqat firmasının məlumatına görə, 2021-ci ilin yanvarında “Telegram” messenceri dünyada ən çox yüklənən mobil proqram olub. “Telegram” 63 milyon dəfə quraşdırılıb. Bu, 2020-cı ilin yanvarı ilə müqayisədə 3,8 dəfə daha çoxdur. Pavel Durovun messencerinin populyarlığı yeni məxfilik siyasəti və şəxsi məlumatların “Facebook”a məcburi təqdim edilməsi səbəbindən istifadəçilərin “WhatsApp”ı kütləvi tərk etməsi ilə bağlıdır.
 
Emil Hüseynov





06/02/21    Çap et