Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfonlar bazarının həcmi 12,5 faiz azalıb


“Gartner” analitik şirkətinin mütəxəssisləri 2020-ci ilin dördüncü rübünə və ümumilikdə smartfonlar bazarında ilə yekun vurublar. Onların hesablamasına görə, dördüncü rübdə 2019-cu ilin dördüncü rübündən 5,4 faiz, il ərzində isə 2019-cu ildən 12,5 faiz az smartfon satılıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, analitiklərin sözlərinə görə, bazarda azalma beşinci nəsil mobil rabitə şəbəkəsini dəstəkləyən smartfonlar və aşağı və orta seqmentə aid modellərlə minimallaşdırılıb. Məsələn, “5G” dəstəkli modellərin buraxılışı “Apple” şirkətinə satış həcmini artıraraq rübün yekunları üzrə bazarda böyük iştirakçıya çevrilməyə kömək edib.

 

Beləliklə, rübün yekunları üzrə “Apple” 20,8 faiz paya sahib çıxıb. 2019-cu ilin dördüncü rübündə şirkətin bazar payı 17,1 faiz təşkil edib. İkinci pillədə payı 17,3 faizdən 16,2 faizədək azalan “Samsung” şirkəti qərarlaşıb. Üçüncü mövqedə “Xiaomi” yer alıb. Bu istehsalçının payı 2019-cu ilin dördüncü rübü ilə müqayisədə 8 faizdən 11,3 faizədək artıb. Beşliyə, həmçinin bazarda 8,9 faiz paya sahib olan “Oppo” və “Huawei” şirkətləri daxildir. Lakin birincinin payı il ərzində 7,5 faizdən artıb, ikincinin isə 14,3 faizdən azalıb.

 

Ümumilikdə ilin yekununa gəldikdə, “Samsung” ən böyük smartfon tədarükçüsü adını qorusa da, onun payı 19,2 faizdən 18,8 faizədək azalıb. İkinci yerdə payı 14,8 faizə bərabər “Apple” şirkəti qərarlaşıb. 2019-cu ildə “Apple” şirkətinin bazar payı 12,6 faiz olub. İlin yekunları üzrə üçüncü yeri “Huawei” tutub. Onun payı 15,6 faizdən 13,5 faizədək azalıb. Liderlər beşliyini “Xiaomi” və “Oppo” tamamlayıb. 2019-cu illə müqayisədə birincinin payı 8,2 faizdən 10,8 faizədək, ikincinin 7,7 faizdən 8,3 faizədək artıb.

 

Nizam Nuriyev






23/02/21    Çap et